Venger ən layiqli namizədini açıqladı: “Arsenal“ onun yeridi“

24-04-2019, 07:38           
Venger ən layiqli namizədini açıqladı: “Arsenal“ onun yeridi“
"Arsenal”ın sabiq çalışdırıcısı Arsen Venger "topçular”ın baş məşqçi postuna ən layiqli namizəd saydığı mütəxəssisin kimliyini açıqlayıb.

"Tayms”a açıqlama verən Venger belə deyib: "Nitsa”nın baş məşqçisi Patrik Vieyranı ən uyğun variant sayıram. "Nitsa”da çox çətin yol keçsə də, xarakter göstərməyi bacardı, işinin öhdəsindən lazımınca gəldi. Hələ millini çalışdırmaq üçün çox gəncdi. "Arsenal”da isə çox şeyi müsbətə doğru dəyişə bilər. Əsl onun yeridi”.

2017/18 mövsümünün sonunda "Arsenal”ı tərk edən Venger 22 il London təmsilçisini çalışdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.