Ronaldo “Yuventus”da görmək istədiyi futbolçuların adlarını açıqlayıb

25-04-2019, 00:03           
Ronaldo “Yuventus”da görmək istədiyi futbolçuların adlarını açıqlayıb
İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo klub rəhbərliyi ilə yeni “transfer pəncərəsi” barədə müzakirə aparıb.

ONA-nın məlumatına görə, ulduz futbolçu söhbət əsnasında Turin təmsilçisini gücləndirə biləcək 6 oyunçunun adını çəkib.

Həmin futbolçular yeni mövsümdə komandanı gücləndirə, həmçinin Çempionlar Liqasına uğura daşıya biləcək simalardır. Ronaldonun siyahısına həmyerlisi, Portuqaliya “Benfika”sının hücumçusu Joau Feliş başçılıq edir. Kriştianu “Real”dakı sabiq iki komanda yoldaşı – müdafiəçi Rafael Varan və yarımmüdafiəçi İskonu da “Yuventus”da görmək istəyir. Onun siyahısındakı daha 3 futbolçu isə “Roma”nın üzvü Kostas Manolas, “Fiorentina”dan Federiko Kyeza və “Lion”lu Tanqay N Dombeledir.

Ronaldo bütün namizədlərlə bağlı komandanın baş məşqçisi Massimiliano Alleqri ilə də şəxsən söhbət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.