Hamilton qəzadan yazdı: “Kanalizasiya qapaqlarını necə yoxlamayıblar?”

26-04-2019, 16:35           
Hamilton qəzadan yazdı: “Kanalizasiya qapaqlarını necə yoxlamayıblar?”
Formula 1 pilotu Levis Hamilton bu gün Azərbaycan Qran-prisində yaşanan qəza ilə bağlı sosial hesabında yazıb.

“Yeni Sabah” xəbər verir ki, pilot "onlar kanalizasiya qapaqlarını necə yoxlamayıblar axı? Hər nə isə, Game Of Thrones izləmək üçün əlavə vaxtım olmuş oldu” deyə paylaşım edib.

Qeyd edək ki, Uilyams komandasının pilotu Corc Rassell idarəetməni itirib. Onun bolidi kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə çıxıb. Nəticədə bolidin alt hissəsində problem yaranıb və avtomobil evakuasiya olunub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.