Ronaldo 600-cü qolunu vurub

28-04-2019, 09:17           
Ronaldo 600-cü qolunu vurub
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo klub karyerasında 600-cü qolu vurub.

2018-ci ilin yayından İtaliya “Yuventus”unun şərəfini qoruyan hücumçu A seriyasının “İnter”lə səfər oyununda (1:1) yubiley qoluna imza atıb.

34 yaşlı forvard bu qolları 4 komandanın heyətində vurub. Portuqaliya “Sportinq”ində 5, İngiltərə “Mançester Yunayted”ində 118, İspaniya “Real”ında 450 dəfə fərqlənən Ronaldo indiki klubunda 27-yə çatıb.

ONA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.