Azərbaycan üzgüçüsü dünya seriyasında qızıl medal qazandı

28-04-2019, 13:38           
Azərbaycan üzgüçüsü dünya seriyasında qızıl medal qazandı
Üzgüçülük üzrə Azərbaycanın Paralimpiya Milli Komandasının üzvü Roman Saleh Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən dünya seriyasında qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, idmançımız 100 metr məsafəni 1.00.61 dəqiqə ərzində qət edərək bütün rəqiblərini geridə qoyub.

Beləliklə, Dünya Seriyasının fəxri kürsüsündə ən yüksək yeri tutub.

Beynəlxalq Paralimpiya Komitəsinin üzgüçülük üzrə Dünya Seriyası aprelin 29-a qədər davam edəcək. Yarışlarda ölkəmizi Könül Süleymanova, Raman Saleh, Vəli İsrafilov və Şamil Şahov təmsil edir. Bu yarış sentyabrda Londonda keçiriləcək dünya çempionatına minimal təsnifat xalı qazandırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.