Ronaldo 11 milyon avroya “Bugatti” aldı - FOTO

1-05-2019, 07:02           
Ronaldo 11 milyon avroya “Bugatti” aldı - FOTO
İtaliyanın “Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo “Bugatti” markalı yeni avtomobil alıb.

Publika.az xəbər verir ki, bu haqda “La Stampa” nəşri bildirib.

Yaxın vaxtlarda Cenevrədə avtosalonda təqdim edilmiş “La Voiture Noir” (qara maşın) modelinin mühərriki 1500 at gücünə malikdir və saatda 420 kilometrə qədər surət yığa bilir.

Futbolçu yeni avtomobilinə 11 milyon avroya yaxın pul xərcləyib. Lakin o, 2 ildən tez avtomobilin sükanı arxasında otura bilməyəcək, çünki avtomobil hələ təkmilləşmə mərhələsindədir.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.