“Traktor”da qalmaqal: qapıçı və arvadı həbs edildi - FOTO

1-05-2019, 17:31           
“Traktor”da qalmaqal: qapıçı və arvadı həbs edildi - FOTO
Təbrizin “Traktor” futbol komandasının qapıçısı Möhsün Fruzan və onun həyat yoldaşı həbs olunub.

Axar.az xəbər verir ki, “Traktor”un qapıçısı Möhsün Fruzan Rəşt şəhərinin “Sepidrud” komandası ilə oyun zamanı qəsdən öz komandasını uduzdurmaqda və mərc oyunlarında yaxın qohumlarının iştirakı ilə pul qazanmaqda günahlandırılıb.

Qeyd edək ki, aprelin 12-də Rəştdə keçirilən görüş 3:0 hesabı ilə “Sepidrud”un xeyrinə başa çatdıqdan sonra futbolçunun xəyanəti ilə bağlı azarkeşlər, Təbriz klubunun rəsmi şəxsləri, o cümlədən klubun sahibi Məhəmmədrza Zenuzi ciddi iddialar irəli sürmüşdü. Futbol Federasiyasının Əxlaq Komitəsi super liqa və birinci dəstə oyunlarını araşdıraraq, futbolçunun bir neçə görüşün nəticəsi ilə bağlı gizlicə mərcə girdiyini, nəticədə milyardlarla tümən məbləğində pul qazandığını üzə çıxarmışdı.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.