"Barselona" ÇL-də 500 qol vuran ikinci komanda olub

2-05-2019, 07:13           
"Barselona" ÇL-də 500 qol vuran ikinci komanda olub
"Barselona"nın forvardı Luis Suaresin Çempionlar Liqasının ½ finalının birinci oyununda "Liverpul"un qapısına vurduğu qol klub üçün turnirdə 500-cü olub.

"Report" "Squawka" nəşrinə istinadən xəbər verir ki, "göy-qırmızılar" bu nailiyyəti əldə edən ikinci komanda olublar.

Kataloniyalılardan əvvəl bu göstəricini "Real" klubu aşıb. Hazırda Madrid klubunun hesabında turrində vurulan 551 qol var. "Barselona" isə 502 aolla ikincidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.