Messi cərimə zərbəsindən qol vuran zaman hakimi aldadıb – VİDEO

3-05-2019, 00:00           
Messi cərimə zərbəsindən qol vuran zaman hakimi aldadıb – VİDEO
İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messinin Çempionlar Liqasının ilk yarımfinalında evdə İngiltərə “Liverpul”u ilə görüşdə hakimi aldatdığı bəlli olub.

“Report” “The Sun” nəşrinə istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun matçın sonlarında vurduğu qol qaydalar çərçivəsində yerinə yetirilməyib.

81-ci dəqiqədə argentinalı oyunçuya qarşı kobudluq edilib. Messi cərimə zərbəsini yerinə yetirərkən qapıya qədər olan məsafəni bir neçə metr azaldıb.

Qeyd edək ki, görüş “Barselona”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasındakı cavab oyunu mayın 7-də olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.