UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına iddialıları açıqlayıb

3-05-2019, 07:11           
UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına iddialıları açıqlayıb
UEFA Avropa Liqasında həftənin nəticəsinə görə ən yaxşı futbolçu adına iddia edən oyunçuların adlarını açıqlayıb.

"Report" xəbər verir ki, siyahıda 4 futbolçunun adları var.

Bunlar "Arsenal"ın hücumçularu Pyer-Emerik Obameyanq və Aleksandr Lyakazett, "Çelsi"nin yarımmüdafiəçisi Ruben Loftus-Çik və "Ayntraxt"ın qapıçısı Kevin Trappdır.

Ruben Loftus-Çik "Ayntraxt"la (1:1) qarşılaşmada səmərəli ötürmə edib. Kevin Trapp isə dörd topu qapıdan qaytarıb və bir top buraxıb.

Qeyd edək ki, cavab matçları mayın 9-da, final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.