"Barselona" cari mövsümdə üçüncü dəfə məğlub olub

5-05-2019, 08:45           
"Barselona" cari mövsümdə üçüncü dəfə məğlub olub
"Selta" futbol üzrə İspaniya çempionatının 36-cı turunda evdə "Barselona"nı 2:0 hesabı ilə məğlub edib.

"Report" TASS-a istinadən xəbər verir ki, matçda qolları Maksi Qomes (67-ci dəqiqə) və Yaqo Aspas (88-ci dəqiqə, penaltidən) vurub.

"Barselona" ehtiyat heyətlə oynayıb, xüsusilə də, Lionel Messi və Luis Suaresin adı matçın iştirak ərizəsinə salınmayıb.

Bu, "Barselona"nın mövsümdə üçüncü məğlubiyyətidir. Kataloniya komandası bunadək "Leqanes" (1:2) və "Betis"ə (3:4) uduzub.

"Selta" isə ardıcıl 5 oyundur məğlub olmur.

"Barselona" 35-ci turda vaxtından əvvəl ölkə çempionu olub. "Selta" turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.