Riçard Almeyda: "Neftçi"nin çempion olması mümkün deyil

6-05-2019, 07:01           
Riçard Almeyda: "Neftçi"nin çempion olması mümkün deyil
"Neftçi"nin çempion olması mümkün deyil "Əlbəttə, gözəl hisslərdir. Mən “Qarabağ”a qayıdanda “Neftçi”dən 5 xal geridə idik. Amma biz özümüzə inanırdıq. Yaxşı çalışdıq. Böyük arzumuz var idi. Çempion olduq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq”.

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda "Səbail"i 4:0 hesabı ilə məğlub etdikləri XXVII tur qarşılaşmasından sonra deyib.

30 yaşlı yarımmüdafiəçi komandasının uğur qazanmasının səbəbindən söz açıb: "Biz 6-7 ildir bir yerdə oynayırıq. Əlbəttə, bir-birimizi yaxşı tanıyırıq və bu, bizim üstünlüyümüzdür. “Neftçi”nin çempion olması mümkün deyil.

Almeyda bildirib ki, çempionluq son oyuna qalsaydı, Ağdam təmsilçisi üçün hər şey tamam fərqli ola bilərdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.