Türkiyə Super Liqası:“Qalatasaray” liderliyi ələ keçirdi

6-05-2019, 00:27           
Türkiyə Super Liqasında XXXI turun daha üç oyunu keçirilib.Türkiyə Super Liqası:“Qalatasaray” liderliyi ələ keçirdi

ONA-nın məlumatına görə, turun mərkəzi oyununda ilk “üçlük”də qərarlaşan “Qalatasaray”la “Beşiktaş” qarşılaşıb.

İstanbul derbisində “sarı-qırmızılar” qələbə qazanıblar. 2:0 hesabı ilə qalib gələn “Qalatasaray” xal hesabında “Başakşəhər”ə çataraq əlavə göstəricilərdə liderliyi ələ keçirib.

“Yeni Malatyaspor” səfərdə “Akhisar”a qalib gəlib. “Göztəpə” isə “Antalyaspor”u darmadağın edib.

Qeyd edək ki, tura mayın 6-da yekun vurulacaq.

WhatsAppFacebookFacebook MessengerTwitterShare












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.