"Tottenhem" ilk dəfə Çempionlar Liqasının finalına yüksəlib - VİDEO

9-05-2019, 00:41           
"Tottenhem" ilk dəfə Çempionlar Liqasının finalına yüksəlib - VİDEO
UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.

"Report" xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab matçında İngiltərənin "Tottenhem" komandası Hollandiyada "Ayaks"ı 3:2 hesabı ilə yenərək, iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. Londondakı ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzan "Tottenhem" cavab görüşündə səfərdə daha çox qol vurduğu üçün finala adlayıb.

Hərçənd, ilk 2 qolu məhz "Ayaks" vurub. Kapitan Matteys De Liqt 5-ci, Hakim Ziyeş isə 36-cı dəqiqədə fərqlənib. Lakin fasilədən sonra "Tottenhem" fəallaşaraq, bu qolların əvəzini çıxıb. Lukas Moura 55 və 59-cu dəqiqələrdə fərqlənərək, hesabı bərabərləşdirib. London komandası finala yüksəlmək üçün lazım olan daha bir qolu isə 90+6-cı dəqiqədə vurub.

Beləliklə, "Tottenhem" Çempionlar Liqasının finalına yüksəlib. İyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda keçiriləcək həlledici qarşılaşmada rəqib İngiltərənin daha bir təmsilçisi "Liverpul" olacaq. "Liverpul" yarımfinalda İspaniya "Barselona"sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:3, 4:0.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

8 may

23:00. "Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3

Qollar: Matteys De Liqt, 5. Hakim Ziyeş, 36 - Lukas Moura, 55; 59; 90+6

Baş hakim: Feliks Brıx (Almaniya)

Amsterdam. "Yohan Kroyf Arena"

İlk oyun - 1:0

Qeyd edək ki, bu cütün qalibi finalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.