5 qol, iki penalti, bir qırımız kart və 3 yerdən ayağı qırılan Akbaba... - "Qalatasaray"dan son saniyə qolu

12-05-2019, 00:39           
5 qol, iki penalti, bir qırımız kart və 3 yerdən ayağı qırılan Akbaba... - "Qalatasaray"dan son saniyə qolu
Türkiyı super liqasında bu gün "Qalatasaray" səfərdə "Çaykur Rizəsopr"la kritik oyuna çıxıb.

Mia.az xəbər verir ki. 9-cu dəqiqədə önə çıxan "Qalatasaray" 45-ci dəqiqədə qapısından qol buraxıb - 1:1.

Oyunun 73-cü dəqiqəsində Əmrə Akbabanın ayağının 3 yerdən qırılmasına səbəb olan Muriqi oyundan qovulub.

Bundan 3 dəqiqə sonra ev sahibi Umarinin qolu ilə hesabda önə çıxıb - 2:1.

90+1-də penalti və 90+6-da isə başlavurduğu zərbə ilə Caqne "Qalatasaray"ın qələbə qazanmasına nail olub - 2:3.

Beləliklə, oyun "Qalatasaray"ın 3-2 hesabı ilə xeyrinə başa çatıb.

Onu da qeyd edək ki, Caqne 38-ci dəqiqədə penaltini yerinə yetirə bilməyib.

Bu qələbə ilə "Qalatasaray" xal sayını 3-ə çatdırıb.

Növbəti turda "Qalatasaray" 3 xal fərqi ilə onu qovalayan "Başakşəhər"lə evində oynayacaq. Əgər qələbə qazanarsa, tura bir oyun qalmış çempionluğunu elan edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.