Ralli üzrə dünya çempionatında ağır qəza baş verib

12-05-2019, 08:17           
Ralli üzrə dünya çempionatında ağır qəza baş verib
Ralli üzrə dünya çempionatının Çili mərhələsinin ikinci yarış günü liderlər qrupunda təkcə barışmaz mübarizə ilə yadda qalmayıb.

"Report" xəbər verir ki, yürüş zamanı "Hyundai i20 Coupe" avtomobilinin sürücüsü Tyerri Növil ciddi qəza keçirib.

Ümumi hesabda birinci yerdə gedən belçikalı sürücünün maşını 8-ci xüsusi sahəni keçərkən bir neçə dəfə çevrilib. Daha sonra avtomobil yolun sağ tərəfinə düşüb. Növil avtomobili sərbəst tərk edə bilsə də, ona tibbi yardım lazım göstərilməsi gəlib. Xəstəxanaya çatdırılan pilotda ciddi zədə aşkarlanmayıb.

Beləliklə, Tyerri Növil Çili rallisində nəticə göstərə bilməyib. Hazırda liderliyi Ott Tyanak (Toyota GAZOO Racing WRC) qoruyur. İkinci yeri hazırkı dünya çempionu Sebastyan Löb (Citroen Total Abu Dhabi WRT), üçüncü pilləni isə Yari-Matti Latvala (Toyota GAZOO Racing WRC) tutur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.