“Başakşəhər” əzmkar qələbə qazanıb, “Trabzonspor” xal itkisi ilə üzləşib

13-05-2019, 07:18           
“Başakşəhər” əzmkar qələbə qazanıb, “Trabzonspor” xal itkisi ilə üzləşib
Türkiyə Super Liqasında XXXII turun dörd oyunu keçirilib.

ONA-nın məlumatına görə, “Trabzonspor” “Konyaspor”la səfər matçında 1 xalla kifayətlənib.

Qonaqlar bu görüşdə məğlubiyyətdən çətinliklə qaçıblar – 2:2. “Kayserispor” üç qolun vurulduğu matçda “Kasımpaşa”nı məğlubiyyətə uğradıb.

Çempionluq uğrunda mübarizə aparan “Başakşəhər” öz meydanında “Ankaragücü”nü sınağa çəkib. İlk yarıda məğlub duruma düşən istanbullular əzmkar qələbə əldə ediblər.

“Yeni Malatyaspor” isə “Ərzurumspor” üzərində qələbə qazanıb – 3:1.

Qeyd edək ki, tura mayın 13-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XXXII tur
12 may
“Kayserispor” – “Kasımpaşa” – 2:1
Qyan, 74, 79 – Ben Yussef, 26
“Konyaspor” – “Trabzonspor” – 2:2
Conson, 17, Fofana, 45 – Rodalyeqa, 11, Sosa, 79 (pen.)
“Yeni Malatyaspor” – “Ərzurumspor” – 3:1
Aleksiç, 50, Bifuma, 61, Şişmanoğlu, 90+3 – Muhammed, 75
“Başakşəhər” – “Ankaragücü” – 2:1
Bajiç, 46, Robinyo, 62 – Boyd, 17












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.