“Lill” Çempionlar Liqasına vəsiqə qazanıb - VİDEO

13-05-2019, 07:42           
“Lill” Çempionlar Liqasına vəsiqə qazanıb - VİDEO
“Lill” Çempionlar Liqasına vəsiqə qazanıb - VİDEO
Fransa Liqa1-də XXXVI tura yekun vurulub.

ONA-nın məlumatına görə, turun son günündə üç oyunu keçirilib.

“Lill” “Bordo”nu minimal hesabla məğlub edib. Bu qələbədən sonra meydan sahibləri 2-ci yeri və Çempionlar Liqasına vəsiqəni təmin edib. Qarşılaşmadan sonra “Lill” bu uğuru Çempionlar Liqasının himni altında qeyd edib.

“Renn” və “Genqam” hərəyə bir qol vuraraq 1 xal qazanıblar. Günün son matçında “Marsel” “Lion”u qəbul edib. Qonaqlar üç cavabsız qolla qalib gəliblər

Qeyd edək ki, növbəti turun oyunları mayın 18-də keçiriləcək.

Fransa Liqa1
XXXVI tur
12 may
“Renn” – “Genqam” – 1:1
Sarr, 15 – Mendi, 87
“Lill” – “Bordo” – 1:0
Remi, 27
“Marsel” – “Lion” – 0:3
Kornet, 24, 86, Dümbele, 84












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.