Salahdan müraciət - "Enfild"i Madridə gətirin"

14-05-2019, 09:32           
Salahdan müraciət - "Enfild"i Madridə gətirin"
"Liverpul"un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının finalında "Tottenhem"lə oyundan əvvəl azarkeşlərə müraciət edib.

Faktaz.com xəbər verir ki, o, İngiltərə Premyer Liqasını ikinci pillədə tamamladıqdan sonra özünün rəsmi "Tvitter" səhifəsində yazıb: "Hisslərim qarışıqdır. Amma mövsüm hələ bitməyib. Komanda yoldaşlarım, məşqçilər və azarkeşlərə təşəkkür edirəm. Azarkeşlər, zəhmət olmasa, "Enfild"i Madridə gətirin".

Qeyd edək ki, "Liverpul" iyunun 1-i Madridin "Vanda Metropolitano" stadionunda "Tottenhem"lə üz-üzə gələcək.

Xatırladaq ki, Yürgen Kloppun komandası ÇL-in yarımfinal mərhələsinin cavab oyununda "Enfild"də "Barselona"ya 4:0 hesabı ilə qalib gələrək finala yüksəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.