Antuan Qrizmann "Atletiko"dan ayrıldığını elan edib

15-05-2019, 00:46           
Antuan Qrizmann "Atletiko"dan ayrıldığını elan edib
İspaniyanın "Atletiko" klubunun fransalı hücumçusu Antuan Qrizmann Madrid klubundan ayrıldığını elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, futbolçunun sözlərini komandanın mətbuat xidməti yayıb.

"Bu, inanılmaz 5 il oldu, hər şeyə görə çox sağolun. Siz daima mənim ürəyimdə qalacaqsınız", - deyə Qrizmann komanda və azarkeşlərə müraciətində bildirib.

Qrizmann "Atletiko"da 2014-cü ilin iyul ayından çıxış edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.