Deşam "Yuventus"un baş məşqçi postuna əsas namizədə çevrilib

15-05-2019, 06:56           
Deşam "Yuventus"un baş məşqçi postuna əsas namizədə çevrilib
Futbol üzrə Fransa milli komandasının baş məşqçisi Didye Deşam "Yuventus"a rəhbərlik edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Tuttosport"a istinadən "Football Italia" nəşri yazıb.

Mənbənin məlumatına görə, fransalı mütəxəssis İtaliya klubunun baş məşqçi postuna əsas namizədə çevrilib. Deşam 2007-ci ildə "Yuventus"da yarımçıq qalmış işini davam etdirmək istəyir. O zaman mütəxəssis komandanı "Kalçopoli" qalmaqalından sonra B Seriyasından elit diviziona çıxarıb, lakin bir il sonra rəhbərliklə fikir ayrılığı səbəbindən klubu tərk edib.

Ötən il 50 yaşlı Deşam Fransa yığması ilə dünya çempionu olub.

"Yuventus"un hazırkı baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayıra biləcəyi bildirilir. Ona əvəz qismində Antonio Kontenin də namizədliyi nəzərdən keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.