"Ayaks" 34-cü dəfə Hollandiya çempionatının qalibi oldu 16-05-2019, 07:39 Amsterdamın "Ayaks" futbol klubu Niderland milli çempionatının qalibi oldu. Klub 34-cü dəfə turnirin qalibi olub.Trend-in məlumatına görə, sonuncu turda "Ayaks" "De Qrafsxap" komandasına 4:1 hesabı ilə qalib gələrək 86 xal toplayıb və birinci yerdə qərarlaşıb."PSV" mövsümü ikinci yerdə başa vurub və "Ayaksdan" üç xal geridə qaldı. Bürünc medalı "Feyenord" futbol klubu qazanıb (65 xal). Facebook-da paylaş