Avroliqanın final matçı könüllülərinə “Əlilliyin dərki” mövzusunda təlimlər keçirilib
17-05-2019, 07:25
Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədər AFFA-nın dəstiyi ilə Milli Paralimpiya Komitəsinin (MPK) mütəxəssisləri tərəfindən Bakı Olimpiya Stadionunda “Əlilliyin dərki” mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bununla əlaqədar mayın 16-da MPK-nın Baş katibi Kamal Məmmədov və müstəqil ekspert Qoşqar Əkbərov tərəfindən final oyununda könüllü kimi iştirak edəcək şəxslərə “Əlilliyin dərki” mövzusunda təlimlər keçirilib.
Bakıda keçiriləcək final oyununda İngiltərənin iki klubu – "Arsenal" və "Çelsi" üz-üzə gələcək.