"Galatasaray", yoxsa "Başakşehir"? - ÇEMPİONLUQ OYUNU

19-05-2019, 21:12           
"Galatasaray", yoxsa "Başakşehir"? - ÇEMPİONLUQ OYUNU
Bu gün Türkiyə Superliqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşə bilər.
Teref.az qol.az-a istinadla xəbər verir ki, 33-cü turun mərkəzi oyununda 66 xalla zirvədə yer alan "Qalatasaray" doğma azarkeşləri önündə eyni xalla 2-ci pillədə qərarlaşan "Başakşəhər"i qəbul edəcək. "Türk Telekom Arena"dakı matçda qalib gələn tərəf vaxtından əvvəl çempionluğunu rəsmiləşdirəcək. Mövsümün ilk hissəsində komandalar 1:1 hesablı heç-heçə etdiklərindən bugünkü qələbə onlardan birini son 1 tur qalmış qızıl medalların sahibi edəcək. Bərabərlik olacağı təqdirdə isə çempion son turda müəyyənləşəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Başakşəhər" oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.