AÇ: Azərbaycan samboçusu erməniyə qalib gələrək bürünc medal qazanıb

23-05-2019, 06:22           
AÇ: Azərbaycan samboçusu erməniyə qalib gələrək bürünc medal qazanıb
Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Bəxtiyar Abbasov İspaniyanın Xixon şəhərindəki sambo üzrə Avropa çempionatında bürünc medal qazanıb.

"Report" xəbər verir ki, döyüş sambosu növündə 82 kq çəki dərəcəsində çıxış edən Abbasov ilk qarşılaşmasında ispaniyalı Luis Alteratsı, ardınca Dillon Manninqi məğlubiyyətə uğradaraq yarımfinala yüksəlib.

Bu mərhələdə ukraynalı Vladislav Rudniyevə uduzan azərbaycanlı samboçu bürünc medal uğrunda görüşə çıxıb. Ermənistanlı Davit Petrosyanla qarşılaşmada qalib gələn Abbasov Avropa çempionatının bürünc mükafatçısı olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.