AvroLiqanın finalına hansı məşhurlar gələcək? - AFFA-dan AÇIQLAMA

23-05-2019, 12:52           
AvroLiqanın finalına hansı məşhurlar gələcək? - AFFA-dan AÇIQLAMA
Avropa Liqasının finalına gələcək futbol ulduzların adları niyə açıqlanmır?

Avropa Liqasının Bakıdakı finalına az müddət qalmış azarkeşləri paytaxtımıza gələcək məhşur simalarının kimliyi maraqlandırır. Modern.az saytı bu haqda məlumat üçün AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla ilə əlaqə saxlayıb.
“Bununla bağlı məlumatı UEFA ilə razılaşdıqdan sonra rəsmi qayda da açıqlayacağıq. Bu matç UEFA-nın keçirdiyi final olduğuna görə, bizim bu kimi məsələləri əvvəlcədən açıqlamağımız düzgün deyil. Əslində müəyyən şəxslərin kimliyi bilinir, amma açıqlanması üçün xüsusi media plan var və onun əsasında bildirilir”, - AFFA rəsmisi qeyd edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpia Stadionunda keçiriləcək final görüşündə iki ingilis komandası üz-üzə gələvək - “Arsenal” və “Çelsi”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.