“Qalatasaray”ın borcları 1,5 milyard lirəyə yaxınlaşıb

12-06-2019, 20:38           
“Qalatasaray”ın borcları 1,5 milyard lirəyə yaxınlaşıb
Türkiyənin “Qalatasaray” klubunun borcunun ümumi məbləği müəyyənləşib.

APA-nın məlumatına görə, bunu İstanbul təmsilçisinin İdarə Heyətinin üzvü Kaan Kançal klubun növbəti Konqresi zamanı açıqlayıb.

Onun sözlərinə görə, “Qalatasaray”ın və bağlı olduğu ortaq layihələrin bu il martın 31-nə olan borcları 3 milyard 19 milyon 200 min lirəyə bərabərdir. K.Kancal klubun 1 milyard 583 min 400 lirə alacağı olduğunu da qeyd edib.

İstanbul nəhənginin almalı və verməli olduğu məbləğlər arasında fərq isə 1 milyard 435 milyon 800 min lirə təşkil edir.

Qeyd edək ki, ötən ilin sonunda klubun borcları 2 milyard 825 milyon 800 min, alacaqları ilə müqayisədəki rəqəm isə 1 milyard 265 milyon lirə idi.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.