Zidan və İskonun evi qarət olundu

13-06-2019, 00:31           
Zidan və İskonun evi qarət olundu
"Real"ın baş məşqçisi Zinəddin Zidan və yarımmüdafiəçisi İskonun evləri qarət olunub.

Teleqraf.com xəbər verir ki, cinayətin təfərrüatı açıqlanmır.

"Real" rəhbərliyi futbolçulara təhlükəsizlik tədbirlərini gücləndirməyi və evdə çəkilmiş şəkillərini sosial şəbəkələrdə paylaşmamağı tövsiyyə edib. Rəhbərlik bu cür halların oğrulara kömək etdiyini düşünür.

Qeyd edək ki, bu, İspaniyada futbolçulara qarşı törədilən ilk belə hadisə deyil. Buna qədər Jordi Alba, Kevin-Prins Boatenq, Kərim Benzema, Xoakin, Jerar Pike, Esekiel Qaray, Coffre Kondoqbia və Alvaro Moratanın da evləri qarət olunub.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.