"Qarabağ" 2-ci mərhələdəki potensial rəqibləri

19-06-2019, 09:51           
"Qarabağ" 2-ci mərhələdəki potensial rəqibləri
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
"Yeni Sabah"ın məlumatına görə, ölkəmizin qitənin bir nömrəli klub turnirindəki yeganə təmsilçisi "Qarabağ" da bu mərhələdə qarşılaşa biləcəyi potensial rəqibini tanıyacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

1-ci təsnifat mərhələsindən gələcək 16 komandaya 2-ci raundda "Kopenhagen" (Danimarka), "Dinamo" (Xorvatiya), APOEL (Kipr) və "Makkabi" (Təl-Əviv, İsrail) qoşulacaq. 20 komanda hərəsində 10 olmaqla 2 səbətə - səpələnmişlər və səpələnməmişlərə bölünəcək.

Qeyri çempionlar – “Bazel” (İsveçrə), “Olimpiakos” (Yunanıstan), PSV (Hollandiya) və “Viktoriya” (Çexiya) isə bir-biriləri ilə rəqib olacaqlar.

1-ci təsnifat mərhələsində Albaniyanın "Partizani" klubu ilə üz-üzə gələcək Ağdam təmsilçisi bu püşkatmada da səpələnmişlər səbətində yer alacaq.



1-ci təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

“Kopenhagen” (Danimarka)

“Dinamo” (Xorvatiya)

APOEL (Kipr)

BATE (Belarus) – “Pyast” (Polşa)

“Astana” (Qazaxıstan) – “ÇFR Kluj” (Rumıniya)

“Seltik” (Şotlandiya) – “Sarayevo” (Bosniya və Herseqovina)

“Lüdoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarstan)

“Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan)

“Valyur” (İslandiya) – “Maribor” (Sloveniya)

“Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya)



Səpələnməmişlər

“Makkabi” (Təl-Əviv, İsrail)

“Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan)

“Linfild” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)

HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları)

“Dundalk” (İrlandiya) – “Riqa” (Latviya)

“Düdelanj” (Lüksemburq) – “Valetta” (Malta)

“Nomme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya)

TNS (Uels) - ilkin mərhələnin qalibi

“Slovan” (Slovakiya) – “Sutyeska” (Monteneqro)

“Ararat” (Ermənistan) – AIK (İsveç)



Qeyri-çempionlar

Səpələnmişlər

“Bazel” (İsveçrə)

“Olimpiakos” (Yunanıstan)



Səpələnməmişlər

PSV (Hollandiya)

“Viktoriya” (Çexiya)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.