"Fənərbağça"lı futbolçu qadına mesaj yazdı, qadın isə onu biabır etdi
22-06-2019, 09:59
Son dövrlər adı daha çox transfer xəbərlərində hallanan "Fənərbağça"nın futbolçusu Elif Elmas qalmaqala səbəb olub. "Yeni Sabah" türk mediasına istinadən xəbər verir ki, 19 yaşlı makedoniyalı futbolçu Melisa Dişisağlam adlı bir qadına sosial mediadan mesaj yazıb.
Elmas qadınan ürək emojisi göndərib və "Necəsən" yazıb. Qadın isə ona "Abla deyəcəksən" yazaraq mesajını paylaşıb.
"İnstagram"da 100 mindən artıq izləyicisi olan Melisa Dişisağlam "Fənərbağça" azarkeşlərinin etirazından sonra hesabını bağlayıb.