"Real" qəzada ölən futbolçunun oğlunu transfer etdi 25-06-2019, 07:39 "Real" avtomobil qəzasında dünyasını dəyişən Xose Antonio Reyesin oğlu Xose Lopesi akademiyasına cəlb edib.Trend-in məlumatına görə, bu barədə klubun rəsmi açıqlamasında deyilir.Klub prezidenti Florentino Peres daha öncə 11 yaşlı Lopesin bütün məsrəflərini qarşılayacaqlarını demişdi.Qeyd edək ki, Lopes bundan öncə "Leqanes"in akademiyasında çıxış edirdi. Facebook-da paylaş