PSJ Neymarı "Barselona"ya transfer etməkdən imtina edib

27-06-2019, 07:33           
PSJ Neymarı "Barselona"ya transfer etməkdən imtina edib
Fransanın PSJ futbol klubu braziliyalı hücumçu Neymarı "Barselona" komandasına transfer etməkdən imtina edib.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Bildirilir ki, fransız klubu "Barselona" ilə danışıqlar aparmaqdan imtina edib. Futbolçu özü isə komandanı tərk etmək istəyini iyulun 7-dən sonra açıqlayacaq.

KİV bildirib ki, Neymar "Barselona"dan 5 illik müqavilə barədə təklif alıb. Lakin şərtlərə əsasən onun maaşı az olacaq.

Neymar PSJ-yə "Barselona"dan dünya futbolu üçün rekord göstərici sayılan 222 milyon avroya keçib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.