Qurban Qurbanov: “ Hələ tam istədiyimiz səviyyəyə çatmamışıq”

29-06-2019, 09:05           
Qurban Qurbanov: “ Hələ tam istədiyimiz səviyyəyə çatmamışıq”
"Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıqlı idik”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

47 yaşlı mütəxəssis Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Rusiyanın "Ufa" klubu ilə yoxlama matçı (2:1) barədə fikirlərini Ağdam təmsilçisinin rəsmi saytına açıqlayıb: “Əlbəttə ki, çatışmazlıqlarımız çoxdur. Hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.