Rusiya klubu iki gürcü reqbiçi ilə müqaviləni pozub - QALMAQAL

3-07-2019, 12:52           
Rusiya klubu iki gürcü reqbiçi ilə müqaviləni pozub - QALMAQAL
Rusiyanın “Slava” reqbi klubu iki gürcü oyunçu ilə müqaviləni dayandırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, buna reqbiçilər Rezi Brodzeli və Saba İluridzenin oyun zamanı etdikləri jest səbəb olub.

Belə ki, topun yerə enməsindən sonra hər iki oyunçu əlləri ilə bir gözlərini bağlayaraq Gürcüstandakı hadisələrə dəstəklərini ifadə ediblər.

“Slava” klubunun rəhbərliyi bu jesti siyasi və antirusiya olduğunu hesab edib.

Müqavilənin pozulmasını reqbiçilərin özləri də təsdiqləyiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.