Futbolçu Kendrik Norton yol qəzasına düşərək bir əlindən məhrum olub

5-07-2019, 07:49           
Futbolçu Kendrik Norton yol qəzasına düşərək bir əlindən məhrum olub
Amerikanın “Mayami Dolfins” futbol klubunun müdafiəçisi Kendrik Norton idarə etdiyi avtomobillə yol qəsasına düşüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə idman agenti Malki Kava özünün özünün “Twitter” səhifəsində bildirib.

Qeyd edilir ki, onun idarə etdiyi “Ford F250” markalı avtomobil Mayami yaxınlığında beton maneəyə çırpılıb. Nəticədə sürücü ağır xəsarət alıb.

Mayami-Deydin yanğınsöndürənləri 22 yaşlı Nortonu xəstəxanaya çatdırıblar və ona tibbi yadım göstərilib. Lakin çoxsaylı bədən xəsarətləri almış futbolçunun sol əlini amputasiya etmək lazım gəlib.

Kendrik Norton 2018-ci ilin dekabrından “Mayami Dolfins”də çıxış edirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.