UEFA "Partizani" - "Qarabağ" oyununa təyinatları açıqladı

5-07-2019, 15:38           
UEFA "Partizani" - "Qarabağ" oyununa təyinatları açıqladı
"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani" ilə ilk oyununa hakim təyinatları açıqlanıb.
Teref.az "Qol.az"a istinadən xəbər verir ki, Tiranada keçiriləcək ilk matçın baş hakimi İslandiya Futbol Federasiyasından Holvardur Arnason olacaq. 37 yaşlı referiyə həmyerliləri Yohann Qunnar Qudmundsson və Andri Vigfüsson köməklik edəcək. Dördüncü hakim funksiyasını Petur Qudmundsson yerinə yetirəcək.

Qeyd edək ki, "Partizani" - "Qarabağ" görüşü iyulun 10-u Bakı vaxtı ilə 19:30-da başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.