"Neftçi” “Sperantsa” ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

6-07-2019, 01:12           
"Neftçi” “Sperantsa” ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib
"Neftçi” komandası UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldova “Sperantsa”sı ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ərizədə 24 futbolçu yer alıb.

Qeyd edək ki, “Sperantsa” ilə ilk oyun iyulun 11-i “Zimbru” stadionunda, cavab matçı isə ayın 18-i “Bakcell Arena”da olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.[sub][/sub]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.