“Trabzonspor” avrokuboklardan kənarlaşdırılıb

6-07-2019, 09:42           
“Trabzonspor” avrokuboklardan kənarlaşdırılıb
Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyası Türkiyənin futbol komandası “Trabzonspor”la bağlı qərarını açıqlayıb.

"Report" xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, qərarda klubun 20 may 2016-ci ildə imzalanmış sazişin şərtlərini yerinə yetirmədiyi vurğulanıb.

Nəticədə Klublara Maliyyə Nəzarəti üzrə UEFA-nın Məhkəmə Palatası İnstansiyası “Trabzonspor”un 2020/21 və 2021/22 mövsümlərində avrokuboklarda iştirakını dayandırıb.

Qeyd olunub ki, cəzanın qüvvədən düşməsi üçün klub 15 oktyabr 2019-cu ilə qədər borcun restrukturlaşdırılması üzrə yeni milli qaydaların tətbiqini həyata keçirməli, maliyyə monitorinqi ilə yanaşı 2019-cu il üçün irəli sürülən maliyyə şərtlərini də yerinə yetirməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.