Dron bir ailəni akulanın hücumundan xilas etdi

8-07-2019, 03:43           
Dron bir ailəni akulanın hücumundan xilas etdi
Çimərlikdə uşaqların şəkillərini çəkən ata dronun sayəsində onların həyatlarını xilas etdi – uşaqlara köpəkbalığı yaxınlaşırdı.



Teref.az yazır ki, ted.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatının Nyu-Smyrna-Biç şəhərindəki çimərlikdə, uşaqlarını dron ilə çəkməyə qərar verən ata, təsadüfən, onlara yaxınlaşan köpəkbalığını görüb. Bu barədə “CBS News” xəbər portalı məlumat yayıb.



Deniel Uotson, ailəsi və dostları ilə çimərliklərdən birində istirahət edir və havadan bir neçə fotoşəkil çəkmək fikrinə düşür. Lakin o, dronu havaya qaldıran kimi cihazdakı kameranın köməyi ilə suda çimməkdə olan uşaqlara yaxınlaşan kölgəni sezir. Bunu həyat yoldaşına deyən Uotson dərhal hər kəsi sahilə çıxarıb.



Həmin axşam fotoşəkillərə daha yüksək keyfiyyətdə baxan amerikalı, tədricən insanlara doğru hərəkət edən köpək balığının aydın siluetini görür. Ailə, həmçinin, köpəkbalığının bu hadisəsindən bir qədər əvvəl ərazidə başqa bir insana hücum etdiyini də öyrənib. Beləcə, müasir texnikanın sayəsində çimərlikdəkilər akulanın təhlükəli hücumundan xilas olublar.



"Bu andan etibarən biz sudan uzaq duracağıq və çimərlikdə qum qalalarını quracağıq", — deyə Uotson qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.