Afrika Millətlər Kuboku: Tunis Qananı məğlub edərək 1/4 finala vəsiqə qazanıb

9-07-2019, 07:35           
Afrika Millətlər Kuboku: Tunis Qananı məğlub edərək 1/4 finala vəsiqə qazanıb
Afrika Millətlər Kubokunun 1/8 final matçında Tunis Qana komandası ilə qarşılaşıb.

"Report" xəbər verir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qol vura bilməyən tərəflər münasibətlərinə penaltilərdə aydınlıq gətiriblər.

Penaltilər seriyasında daha dəqiq olan Tunis rəqibini 5-4 hesabı ilə məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Beləliklə, 1/4 finalda Tunis Madaqaskar komandası ilə üz üzə gələcək












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.