Avropa Liqasında I təsnifat mərhələsi başlayır

9-07-2019, 07:50           
Avropa Liqasında I təsnifat mərhələsi başlayır
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinə start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə 3 matç keçiriləcək. Qarşılaşmalar Malta, Cəbəllütariq və Bolqarıstanda olacaq.



Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

9 iyul

19:55. “Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya)

20:00. “Qzira” (Malta) – “Hayduk” (Split, Xorvatiya)

21:30. MOİK (Sofiya, Bolqarıstan) – “Titoqrad” (Monteneqro)

Qeyd edək ki, I təsnifat mərhələsinin qalan oyunları 10 – 11 iyulda olacaq. Cümə axşamı “Səbail” Rumıniya “Universitatya”sını qəbul edəcək. “Neftçi” isə Moldovada “Sperantsa”nın qonağı olacaq. Bu matçlar müvafiq olaraq saat 20:00-da və 21:00-da başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.