Avropa Liqası: ilk oyun günündə 3 matç keçirilib

10-07-2019, 07:52           
Avropa Liqası: ilk oyun günündə 3 matç keçirilib
UEFA Avropa Liqasında I təsnifat mərhələsinə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 3 matç keçirilib.

Şotlandiya "Reyncers"i Cəbəllütariqdə "Sent Cozefs"i, Sofiya MOİK-i Bolqarıstanda Monteneqro "Titoqrad"ını eyni hesabla darmadağın edib. Xorvatiya "Hayduk"u isə Maltada "Qzira"nı 2:0 hesabı ilə yenib. Hər 3 qalib komanda növbəti mərhələni böyük ölçüdə təmin edib.

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

9 iyul

19:55. “Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:4

20:00. “Qzira” (Malta) – “Hayduk” (Split, Xorvatiya) - 0:2

21:30. MOİK (Sofiya, Bolqarıstan) – “Titoqrad” (Monteneqro) - 4:0

Qeyd edək ki, I təsnifat mərhələsinin qalan oyunları 10 – 11 iyulda olacaq. Cümə axşamı “Səbail” Rumıniya “Universitatya”sını qəbul edəcək. “Neftçi” isə Moldovada “Sperantsa”nın qonağı olacaq. Bu matçlar müvafiq olaraq saat 20:00-da və 21:00-da başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.