Həbib Nurməhəmmədovla Neyt Dias UFC 239 yarışı zamanı əlbəyaxa olublar

10-07-2019, 08:10           
Həbib Nurməhəmmədovla Neyt Dias UFC 239 yarışı zamanı əlbəyaxa olublar
Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC 239 yarışı zamanı təşkilatın idmançıları Həbib Nurməhəmmədovla Neyt Dias arasında qarşıdurma faktını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “Low Kick MMA” bildirib.

"Həbib Nurməhəmmədov və Neyt Dias dalaşdılar. Biz dava edənləri sakitləşdirdik və Qilbert Melendesin döyüşündən sonra Dias getdi. Bu iki nəfər bir-birlərindən iki cərgə aralıda dayanmışdılar, sonra davaya başladılar, biz ayırdıq”,- deyə o bildirib.

Dana Uayt baş verənləri pisləyib.

Şahidlərin dediyinə görə, UFC 239 yarışı zamanı Neyt Dias Nurməhəmmədovun olduğu sektora gəlib. Nəticədə döyüşçülərin komandaları arasında toqquşma başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.