Futbolçu penalti zərbəsini qaytardıqdan sonra dünyasını dəyişib

12-07-2019, 07:55           
Futbolçu penalti zərbəsini qaytardıqdan sonra dünyasını dəyişib
Arqentinanın "Union de Golondrina" klubunun 17 yaşlı qapıçısı Ramon İsmael Koronel komandasının qapısa təyin olunan penalti zərbəsini dəf etdikdən sonra qəflətən dünyasını dəyişib.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, futbolçunun penalti zərbəsini qaytardıqdan sonra komanda yoldaşları ona təşəkkürünü bildirəndə artıq halı pisləşir.

Stadionun təcili yardımı olmadığı üçün onu təcili xəstəxanaya gətirirlər.

Prokurorluq artıq hadisəni araşdırmağa başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.