"Dinamo"nun çalışdırıcısı Şeydayevin oyunundan danışdı

13-07-2019, 07:28           
"Dinamo"nun çalışdırıcısı Şeydayevin oyunundan danışdı
İki fərqli hissə keçirdik. Bura qələbə üçün gəlmişdik. Bizə psixologiyanı dəyişmək lazımdır. Yalnız bir hissəni deyil, bütün oyunu eyni səviyyədə keçirməliyik.

Sportnet.az xəbər verir ki, bunu Moskva "Dinamo"sunun baş məşqçisi Dmitri Xoxlov Tulada "Arsenal"la 1:1 hesablı heç-heçə etdikləri Rusiya Premyer Liqasının açılış oyunundan sonra mətbuat konfransında deyib. 44 yaşlı mütəxəssis komandaya psixoloq cəlb etmək istədiklərini bildirib: "Öz qapımıza doğru sıxışmalı deyilik. Bizə qolu mərkəz müdafiəçisinin vurması nəyisə deyir. Psixoloq cəlb etməyi planlaşdırırıq, amma futbolçular özlüklərində qalib psixologiyası aşılamalıdırlar".

Xoxlov yeni transfer Ramil Şeydayevin çıxışı barədə də danışıb. O, Azərbaycan millisinin hücumçusunun pis təsir bağışlamadığını, amma mövqeyini aydınlaşdırmaq üçün matça yenidən baxmağı üstün tutduğunu vurğulayıb.

Qeyd edək ki, Ramil Şeydayev "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi olan "Arsenal"a qarşı 87 dəqiqə mübarizə aparıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.