Arazın o tayından "Qarabağ"a sərt mesaj: "Bizdən qardaşlıq gözləməsin" -FOTO

15-11-2015, 03:02           
Arazın o tayından "Qarabağ"a sərt mesaj: "Bizdən qardaşlıq gözləməsin" -FOTO
Parisdə baş verən terror hadisəsi ilə bağlı "Qarabağ"ın rəsmi "facebook" səhifəsində Fransaya dəstək mesajı yayımlanıb. Sportxeber.az xəbər verir ki, Ağdam klubunun "Başın sağ olsun, Fransa !” paylaşımı Cənubi Azərbaycanın "Traktor Sazi" klubunun ciddi narazılığına səbəb olub.

Güneylilər "Qarabağ”ı diqqətsizlikdə ittiham edib. Təbrizlilər "atlılar"ın Arazın o biri tayında baş verən hadisələrə biganə qalmasını, əvəzində isə fransızlara dəstək olmasını qəbul etməyib. Hətta sərt mesaj da göndərib.

"Traktor Sazi"nin "facebook" səhifəsində yayımlanan paylaşımı olduğu kimi təqdim edirik:
"Bəzi qorxaq mediya və adda rəsmi olan klub səhifələri, SÖZÜMÜZ SİZƏDİR!
Təbrizdə, Urmiyədə, Zəncanda və başqa yerlərdə baş verən hadislərədən bir xəbər belə yaymadız. Sizin rusdan, ermənidən, farsdan nə fərqiniz var? Gəlib Parisdən olan hadisəni saniyə-saniyə yayırsan (inter.az), amma söz qonusu İran Türkləri olanda susub qalırsan!
Adın "QARABAĞ"dı, bu böyüklükdə adı daşıyırsan, burda baş verənlərdənbir xəbər belə yazmırsan! Sözümüz sizlərədir! "Qarabağ" tərəfdarlarına sonsuz sayqımız var, amma bu klub və digər bizi unudan klub və səhifələr artıq bizdən qardaşlıq gözləməsin!"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.