Şəhriyar Məmmədyarov Uesli Soya qalib gəlib

19-07-2019, 07:57           
Şəhriyar Məmmədyarov Uesli Soya qalib gəlib
Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsinin yarımfinal oyunları keçirilib.

Trend xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda amerikalı Uesli So ilə qarşılaşmada qələbə qazanıb.

Qeyd edək ki, şahmatçımız səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.