Harri Keynin mərkəzdən vurduğu qol "Tottenhem"ə qələbə qazandırıb - VİDEO
22-07-2019, 07:08
Sinqapurun "Milli stadionu"nda Beynəlxalq Çempionlar Kuboku çərçivəsində "Yuventus" - "Tottenhem Hotspur" komandaları qarşılaşıb.
“Report” xəbər verir ki, qarşılaşma London komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı ingilislər açıb: 30-cu dəqiqədə Erik Lamela fərqlənib. İkinci hissənin əvvəlində "Yuventus"un hücumçusu Qonsalo İquain, 4 dəqiqə sonra isə forvard Kriştianu Ronaldu fərqlənərək italiyalıları hesabda önə çıxarıb. 65-ci dəqiqədə hesab yenidən bərabərləşib: Lukas Moura adını tabloya yazdırıb. London komandasına qələbə qazandıran qolu oyuna əlavə olunmuş dəqiqələrdə Harri Keynin mərkəzdən vurduğu qol gətirib.
İyulun 24-də keçiriləcək növbəti matçda "Yuventus" Milan "İnter"i, "Tottenhem" isə iyulun 25-i "Mançester Yunayted"lə qarşılaşacaq.