Klublarımız Avroliqadakı mümkün rəqiblərini tanıyır

22-07-2019, 10:12           
Klublarımız Avroliqadakı mümkün rəqiblərini tanıyır
Bu gün Avropa Liqasında da III təsnifat mərhələsinin püşkü atılacaq.

Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:25-də start götürəcək.

Mərasimdə ölkəmizin Avroliqadakı təmsilçiləri "Neftçi” və "Qəbələ” ilə yanaşı, Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ”ın da qitənin ikinci dərəcəli klub turnirinin 3-cü təsnifat mərhələsindəki potensial rəqibi məlum olacaq.

2-ci raundda Tula "Arsenal”ı ilə qarşılaşacaq "Neftçi” püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq. "Ağ-qaralar” Rusiya təmsilçisini mübarizədən kənarlaşdıracağı təqdirdə, səpələnməmişlər səbətindəki 6 komandadan birinə rəqib olacaq.

Avropa Liqası
III təsnifat mərhələsi

Səpələnmişlər
Sparta (Praqa, Çexiya)
Espanyol (İspaniya) - Styarnan (İslandiya) cütünün qalibi
Domjale (Sloveniya) - Malmö (İsveç) cütünün qalibi
AEK (Yunanıstan)
Buduçnost (Monteneqro) - Zarya (Ukrayna) cütünün qalibi
Arsenal (Tula, Rusiya) - Neftçi (Azərbaycan) cütünün qalibi

Səpələnməmişlər
Trabzonspor (Tükiyə)
Utrext (Hollandiya) - Jrinski (Bosniya və Herseqovina) cütünün qalibi
SSKA (Sofiya, Bolqarıstan) - Osiyek (Xorvatiya) cütünün qalibi
Lyutsern (İsveçrə) - Kİ Klaksvik (Farer adaları) cütünün qalibi
Bney Yehuda (Tel-Əviv, İsrail)
Honved (Macarıstan) - Universitatya (Krayova, Rumıniya) cütünün qalibi

Mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq və Gürcüstan "Dinamo"su ilə üz-üzə gələcək "Qəbələ" püşkatmada səpələnməmişlər sırasında olacaq. Bu isə o deməkdir ki, qırmızı-qaralar Tiflis təmsilçisini keçərsə, 3-cü raundda nisbətən güclü komanda ilə düşəcək.

Səpələnmişlər
Hapoel Bier-Şeva (İsrail) - Kayrat (Qazaxıstan) cütünün qalibi
Apollon (Cənubi Kipr) - Şemrok Rovers (İrlandiya) cütünün qalibi
Torino (İtaliya) - Debretsen (Macarıstan) cütünün qalibi
Viktoriya (Çexiya) – Olimpiakos (Yunanıstan) cütünün məğlubu (Çempionlar Liqası)
Feyenoord

Səpələnməmişlər
Austria (Avstriya)
Norçeppinq (İsveç) - Liepaya (Latviya)
Qəbələ (Azərbaycan) - Dinamo (Tbilisi, Gürcüstan)
Şaxtyor (Soliqorsk, Belarus) - Esberq (Danimarka)
Antverpen (Belçika)

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Dundalk"la qarşılaşacaq "Qarabağ" İrlandiya çempionunu keçə bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. Artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də müəyyənləşib. Qurban Qurbanovun komandası ÇL-də ikinci mərhələni keçə bilməsə, Avroliqanın üçüncü təsnifat mərhələsində səpələnmişlər siyahısında yer alacaq. Bu isə o deməkdir ki, təmsilçimiz nisbətən reytinqi aşağı olan, səpələnməmişlər səbətindəki komandalardan biri ilə düşəcək.

Səpələnmişlər
Seltik (Şotlandiya) - Nımme Kalyu (Estoniya) cütününü məğlubu
BATE (Belarus) - Rusenborq (Norveç) cütünün məğlubu
Dundalk (İrlandiya) - Qarabağ cütünün məğlubu
Maribor (Sloveniya) - AİK (İsveç) cütünün məğlubu
Ferensvaroş (Macarıstan) - Valletta (Malta) cütünün məğlubu

Səpələnməmişlər
Sarayevo (Bosniya və Herseqovina)
Partizani (Albaniya) - Şerif (Moldova) cütünün qalibi
Slovan (Slovakiya) - Feronikeli (Kosovo) cütünün qalibi
Santo-Koloma (Andorra) - Astana (Qazaxıstan) cütünün qalibi
Şkendiya (Makedoniya) - Düdelanj (Lüksemburq) cütünün qalibi

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.