İki şahmatçımız Avropa birinciliyinin qalibi oldu

11-08-2019, 09:49           
İki şahmatçımız Avropa birinciliyinin qalibi oldu
Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə şahmatçılar arasında keçirilən Avropa birinciliyi başa çatıb.

Teleqraf.com xəbər verir ki, çempionatda müxtəlif yaş kateqoriyaları üzrə iştirak edən şahmatçılarımızdan Ayan Allahverdiyeva 14, Dinarə Hüseynova 8 yaşlılar arasında ən yüksək nəticə göstərərək qitə birinciliyinin qalibi olublar. Digər təmsilçilərimiz Səadət Bəşirli (8 yaş, 7,5 xal) ikinci, Cahandar Azadəliyev (10 yaş, 7,5 xal), Yusif Kərimli (8 yaş, 7 xal) üçüncü yerləri tutublar.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edib. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.